Bakının iki rayonunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhərinin bəzi yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata əsasən, sentyabrın 7-dən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində, eləcə də, sentyabrın 7-də saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində) hərəkətə qismən məhdudlaşacaq. Bununla, tam bağlanma nəzərdə tutulmayıb.