Elm və təhsil naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək

Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 26-da Gədəbəy şəhərində vətəndaşları qəbul edəcək.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri sentyabrın 15-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.