Binəqədidə qaz təchizatı dayandırılıb

Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

Bu barədə Azəriqaz İB məlumat yayıb.

 Bildirilib ki, bu səbəbdən 25.08.2025-ci il tarixdə saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb. Hal-hazırda təmir-bərpa işləri aparılır.

Qeyd edilib ki, Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.