BTC-dən 612 milyon ton Azərbaycan nefti xarici bazara nəql olunub

Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri istismara veriləndən cari il iyulun 1-dək ümumi ixrac olunan Azərbaycan nefti həcmləri 612,2 milyon ton təşkil edib.

SOCAR-dan  bildirilib ki, bu həcmlərin 89 faizi BTC kəmərinin payına düşüb.

Bundan əlavə, qeyd olunan dövrdə BTC ilə daşınan tranzit neft həcmləri 66,6 milyon ton olub ki, bu da ümumi həcmin 11 faizini təşkil edir.

Xatırladaq ki, 13 iyul 2006-cı ildə “Əsrin müqaviləsi”nin əsas tərkib hissələrindən biri olan, Azərbaycan neftinin birbaşa dünya bazarlarına çıxışını təmin edən və ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verən BTC əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi Türkiyənin Ceyhan terminalında keçirilib.