İqtisadiyyat nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edəcək

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov aprelin 28-də Xaçmaz şəhərində (ünvan: Xaçmaz şəhəri, Bakı prospekti 45, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi) Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Yerveinsan.az-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.

Qəbula gəlmək istəyən Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.