Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Azərbaycan Mərkəzi Bankı 5 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.8620 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0884 manat, 1 Rusiya rublu 0.0214 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6680 manatdır.

