"Brent" markalı neftin qiyməti fevralın 16-dan bəri ilk dəfə 86 dolları ötüb

Londonun ICE birjasında "Brent" markalı neftin 2023-cü ilin may fyuçerslərinin qiyməti fevralın 16-dan bəri ilk dəfə bir barel üçün 86 dolları ötüb.

Bu barədə ticarət platformasından məlumat verilib.

Saat 02:59 (GMT+4) üçün, "Brent" markalı neftin qiyməti 1,47% artaraq 86 dollar/barelə bərabər olub.

Saat 02:00-da (GMT+4) ticarətin bağlanışında neftin qiyməti eyni səviyyədə olub. Eyni zamanda, "WTI" markalı neftin 2023-cü ilin aprel fyuçerslərinin qiyməti bir barel üçün 79,85 dollar təşkil edib.