"Real Hospital"da ölüm hadisəsi - VİDEO
Bakıda mədəkiçiltmə əməliyyatı etdirən 59 yaşlı qadın özəl klinikada ölüb.
Hadisə paytaxtın Yasamal rayonunda yerləşən "Real Hospital"da baş verib. 1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mədəkiçiltmə əməliyyatı etdirmək üçün bir ay əvvəl "Real Hospital"a müraciət edib. Hospitalın baş həkimi Rövşən Yusifovun sözlərinə görə, Gülnar Əliyeva müraciət edən zaman əməliyyat öncəsi bir ay müddətində əməliyyata hazırlıq məqsədi ilə ağ ciyərlərin gimanstikası və digər müayinələr aparılıb. Bundan sonra isə onun üzərində mədə kiçiltmə əməliyyatı edilib. Əməliyyatı cərrah Mübariz Məmmədli icra edib.
İkinci dəfə əməliyyat isə iranlı Moştabah Haşımzadə həyata keçirib. Əməliyyatdan sonra mayın 26-da xəstənin halı daha da pisləşməyə başlayıb və o, həyatını tirib. Rövşən Yusifov xəstənin ölümünə ilkin səbəb kimi poliorqan yetməzliyini göstərir.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

