İqtisadiyyat naziri: Dörd ildə 320 min yeni əmək müqaviləsi bağlanıb
Son dörd ildə əmək bazarında həyata keçirilən tədbirlər nəticəsində 320 min yeni əmək müqaviləsi bağlanıb.
Yerveinsan.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, əmək müqavilələrinin 40 mini dövlət sektoruna, 280 mini özəl sektora aiddir.

