Natiq Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib
Prezident İlham Əliyev Natiq Şirinovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dövlət başçısının digər sərəncamı ilə İqbal Alıcan oğlu Babayev və Əsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad ediliblər.

