Azərbaycanda qızıl istehsalı azalıb
On bir ayda mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 3001,5 kiloqramı qızılın payına düşüb.
Yerveinsan.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 195,4 kiloqram az olub.
Bu il dekabrın 1-nə olan vəziyyətə əsasən, 432,7 kiloqram hazır qızıl ehtiyatı var.

