"İqtisadi Zona" verilişində "Tutxun" layihəsi və yeni sikkə kolleksiyası barədə məlumat verilib - Video
Yerveinsan.az xəbər verir ki, "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev "ATV" telekanalında yayımlanan "İqtisadi Zona" verilişində qonaq olub. Verilişdə Kəlbəcər rayonunda yerləşən “Tutxun” nəcib metal təzahürləri qrupunda aid sahələrdə aparılan yerüstü kəşfiyyat işləri və Azərbaycanın bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvanın 190 illiyinə həsr olunmuş yeni qızıl sikkə kolleksiyası barədə suallar cavablandırılıb.

