Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Azərbaycan Mərkəzi Bankı 1 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.6839 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0913 manat, 1 Rusiya rublu 0.0275 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6138 manatdır.

