Karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçiriləcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birgə təşəbbüsü ilə Bakıda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçiriləcək.
Görüşdə istismarçıların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları cavablandırılacaq. Görüş 27 oktyabr tarixində Bakıda, Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçiriləcək. Bu kimi görüşlərin təşkil olunmasında əsas məqsəd karxana fəaliyyət ilə məşğul olan sahibkarları bu sahənin hüquqi normaları haqqında maarifləndirmək və onların qarşılaşdıqları problemlər ilə tanış olmaq, hər birini dinləməkdir. Belə ki, təşkil olunan görüşdə agentliyin mütəxəssisləri tərəfindən faydalı qazıntı yataqlarının istismar qaydaları, hüquqi tənzimlənməsi sual-cavab formatında istismarçıların diqqətinə çatdırılcaqdır. Hər bir sahibkar görüşdə iştirak edə bilər.
Daha ətraflı məlumat və ya iştirak üçün +994 55 455 80 87 əlaqə nömrəsinə zəng edə bilərsiniz.
Onu da qeyd edək ki, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları ilə yanaşı İqtisadiyyat Nazirliyinin aidiyyəti üzrə nümayəndələri də iştirak edəcəkdir. Məlumat üçün qeyd edək ki, Agentlik haqqında son xəbərləri və yenilikləri agentliyin rəsmi internet səhifəsi (www.meda.gov.az) və ya sosial platformada mövcud Facebook və Linkedin səhifələrindən əldə edə bilərsiniz.

