Sahibkarlığın İnkişafı Fondu ilin əvvəlindən 90,2 milyon manat güzəştli kredit verib

Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1963 sahibkara 90,2 milyon manat, o cümlədən 1953 kiçik və orta həcmli layihəyə 62,8 milyon manat güzəştli kredit verilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu kreditlər hesabına 2100-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb. Güzəştli kreditlərin 68,8 faizi aqrar sektorun, 31,2 faizi sənaye məhsullarının istehsalı və emalı və sair sahələrə yönəldilib. Bu kreditlərin 83,3 faizi regionların, 16,7 faizi isə Bakı qəsəbələrinin payına düşür.