Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Qubada vətəndaşlarla görüşəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyabrın 14-də Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Quba rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493-34-67, (+99412) 595-13-50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, müraciət formasını dolduraraq qəbula yazılmaq mümkündür.