Mərkəzi Bank: Altı ayda 48 valyuta hərracı keçirilib

Bu ilin birinci yarısında Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların təşkili davam etdirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Hesabat dövründə Mərkəzi Bankda ümumilikdə 48 valyuta hərracı keçirilib. Hərraclarda ARDNF-in 2 milyard 739,1 milyon ABŞ dolları məbləğində vəsaiti satılıb.

Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub və 448 milyon ABŞ dolları təşkil edib. Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən olunub.