Müdafiə Sənayesi Nazirliyinin poliqonunda minaatan partlayıb, xəsarət alan var

Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavoduna məxsus poliqonda sursat partlayıb.

Nazirlikdən  verilən məlumata görə, sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

"Bir nəfər - Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər onun həyati təhlükəsinin olmadığını bildiriblər", - məlumatda bildirilir.