Xırdalanda qorxunc hadisə, 4 maşın yandı

Xırdalanda yanğın olub.

 Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində 4 ədəd "Kia" markalı yük avtomobilinin yanar hissələri yanıb.

Ərazidəki tikililər və digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.