Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Azərbaycana səfərə gəlib
Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel aprelin 1-də Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

