Sadiq Qurbanov: “Azərbaycan Avropanın enerji təhcizatında mühüm yer tutur”
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanat barədə saytımıza açıqlamasında qeyd edib. O, bildirib ki, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. S.Qurbanov bildiribdir ki, Vaşinqiton paraflanmasından sonra sülh prosesi dönməz xarakter alıb. Bu isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik bacarığı müstəsna rol oynayır. Biz sülühün daimi olacağına inanırıq.

