Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib (FOTO)

Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram".