Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Alar Karisə
Hörmətli cənab Prezident,
Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2026-cı il

