ETSN: Böyük və Kiçik Qafqazın əksər çaylarında sululuq artıb
Son günlər yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın əksər çaylarında sululuq artıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Şamaxı rayonu ərazisindən axan Pirsaatçay və İsmayıllı rayonu ərazisindən axan Girdimançay çaylarında isə qısamüddətli sel müşahidə olunub.

