Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 1,67 % azalaraq 80,7 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 77,59 ABŞ dolları təşkil edib.