Mikayıl Cabbarov Anupriya Patellə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Hindistanın ticarət və sənaye üzrə dövlət naziri Anupriya Patellə görüşüb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.

"Hindistanın ticarət və sənaye üzrə dövlət naziri xanım Anupriya Patel ilə ölkələrimizin iqtisadi əlaqələrinin mövcud vəziyyəti, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi apardıq".