Nazirlər Kabinetində Naxçıvanın sosial-iqtisadi inkişafına dair iclas keçirilib
Oktyabrın 10-da Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 -ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən xəbər verilib.
Dövlət Proqramında nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin iştirak etdiyi iclasda Proqramın icra vəziyyətinə dair məsələlər müzakirə edilib.

