Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri ilk dəfə 1,5 milyard manatı ötüb

İyulun 20-də Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri ilk dəfə 1,5 milyard manatı ötüb.

Yerveinsan.az AMB-ya istinadla xəbər verir ki, dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 6,88 faiz, 8,88 faiz, 9,17 faiz və 10,82 faizdir.