Mikayıl Cabbarov: Biznesin qurulması və inkişafı istiqamətində KOBİA-nın fəaliyyəti təqdirəlayiqdir

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən KOBİA Azərbaycanda mikro, kiçik və orta biznesin inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstərir, müxtəlif dəstək mexanizmləri ilə daim KOB-ların xidmətindədir.

Yerveinsan.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir biznesin qurulması və inkişafı, innovativ ideyaların reallaşdırılmasına dəstək istiqamətində Agentliyin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.