Göyçayda yanğın olub
Göyçayda yanğın olub.
FHN-dən verilən məlumata görə, rayonunun Üngütlü kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 106 m² sahədə yanıb.
Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

