Azərbaycan HHQ-nin aviasiya vasitəsitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb - MN

Ermənistan tərəfinin guya bu gün aviasiya vasitəsilərimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir: "Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb".