Müdafiə Nazirliyi: Düşmənin Ballıcada yerləşən silah-sursat anbarı məhv edilib

Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş Ermənistan ordusuna məxsus bu hərbi anbarda külli miqdarda müxtəlif sursat növləri saxlanılırdı.